Gürcüstan prezidenti Salome Zurabişvili Kiyevdən dəvət alacağı təqdirdə Ukraynaya səfər etməyə hazır olduğunu bildirib.

Bu barədə “Gazeta.ru” yerli KİV-ə istinadən xəbər verir.

Zurabişvili həmçinin etiraf edib ki, o, xüsusi hərbi əməliyyat başlayandan bəri Ukraynada olmayıb. Onun sözlərinə görə, dəvət alan kimi gəlməyə hazırdır. Eyni zamanda, Zurabişvili hesab edir ki, dəvətin olmaması Ukrayna prezidenti Vladimir Zelenskinin ona şəxsi münasibəti ilə bağlı deyil.

“Hesab edirəm ki, bu, hökumət dairələri arasında indiki mərhələdə tamamilə qənaətbəxş olmayan münasibət kimi təsvir etdiyimiz şeydir. Beləliklə, mən bunun təsirini müəyyən mənada hiss edirəm”,- deyə o izah edib.

Prezident həmçinin əlavə edib ki, o, iştirak etməyi planlaşdırdığı Krım Platforması forumunda müvafiq dəvət ala bilər.

Salome Zurabişvili keçmiş prezident Saakaşvilini əfv etməkdən imtina etməsini də izah edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN