Yunanıstan sərhədçiləri bu gün Türkiyə ilə quru sərhədini təşkil edən Evros çayı üzərindəki adadan 145 qeyri-qanuni miqrantı xilas ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT1 telekanalı məlumat yayıb.

Məlumata görə, bir qrup miqrant səhər saatlarında Marasiya bölgəsindəki (Evros bölgəsi) adada görünüb. Hadisə yerinə Yunanıstan sərhədçiləri, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün xüsusi təyinatlı dəstə, Avropa İttifaqının Xarici Sərhəd Nəzarəti Agentliyi Frontex-in nümayəndələri, yanğınsöndürənlər və Qırmızı Xaç Cəmiyyəti gəlib.

İnsanları xilas etmək və daşımaq üçün üç qayıqdan istifadə edilib. Qeyri-qanuni miqrantlar qrupunda əksəriyyəti iraqlı olmaqla onlarla uşaq olub.

Telekanalın məlumatına görə, 145 nəfərin yarısı artıq avtobusla Himonio qəsəbəsinin sərhəd mühafizə şöbəsinə qeydiyyat üçün gəlib. Sonra qalanlar ora aparılacaq, bundan sonra bütün qrup qaçqın və miqrantların qəbulu üçün yerli mərkəzə göndəriləcək.

İyunun 4-də oxşar xilasetmə əməliyyatı zamanı 91 qeyri-qanuni miqrant Türkiyə ilə sərhəddə, Evros çayı üzərindəki adadan Yunanıstana aparılıb. Polis qeyd edib ki, müəyyən olunduğu kimi, miqrantları Türkiyə sahillərindən qayıqla daşıyan vasitəçi Yunanıstan ərazisinə gətirib və adada qoyub.

Yunanıstan hökumətinin mətbuat xidməti daha sonra elan edib ki, Yunanıstan hakimiyyəti milli, Avropa və beynəlxalq hüquq baxımından əcnəbilərin ölkəyə hər hansı qeyri-qanuni girişinin qarşısını almaq üçün lazımi tədbirlər görür.

Yunanıstan hökuməti Türkiyənin yeni hökumətindən “sərhəd orqanlarının hərəkətlərini koordinasiya etməyi və sərhəddən qeyri-qanuni keçidlərin qarşısını almağı” xahiş edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN