Ukraynada prezident seçkiləri yalnız hərbi əməliyyatlar bitdikdən sonra keçiriləcək.

Tezadlar.az xəbər verir ki, bu sözləri BBC-yə müsahibəsində hazırkı dövlət başçısı Vladimir Zelenski deyib.

"Qanunlara görə, seçkilər sülh şəraitində, hərbi əməliyyatların olmadığı bir vaxtda keçirilməlidir", - TASS müsahibədən sitat gətirir.

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov ölkədə parlament və prezident seçkilərinin keçirilməsi ilə bağlı çağırışlara cavab olaraq bildirmişdi ki, ölkədə elan edilmiş hərbi vəziyyətə görə seçkilər keçirilə bilməz.

Ukraynada növbəti parlament seçkiləri bu ilin oktyabrında, prezident seçkiləri isə gələn ilin yazında keçirilməli idi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN