Qasımov Natiq Yusan oğlu: “Əhmədov Şirvan Əyyar oğlu mənə qarşı dələduzluq edərək 20.000 manatımı ələ keçirib...”

Bakı şəhəri Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev-23, mənzil-8 ünvanında yaşayan Qasımov Natiq Yusan oğlu “Təzadlar” qəzetinin elektron poçtuna göndərdiyi şikayət ərizəsi və müraciətində tanıdığı bir şəxs tərəfindən etibardan sui-istifadə edilməklə aldadıldığını və külli miqdarda ziyana düşdüyünü yazır.

Onun göndərdiyi digər bir sənəddən bəlli olur ki, zərərçəkmişin ərizəsi əsasında Nərimanov RPİ-də təhqiqat aparılıb, cinayət işi başlanılıb (müstəntiq Əliyev Rahib Vaqif oğlu), lakin görünür Əhmədov Şirvan Əyyar oğlu Nərimanov RPİ-nin sabiq polis əməkdaşı olması səbəbindən (şikayətçinin yuxarı instansiyalara göndərdiyi teleqramından məlum olur ki, o, əvvəllər qanunsuz əməlinə görə RPİ-dəki vəzifəsini itirib, lakin hələ də bu idarədə “fəaliyyətini” formal olaraq davam etdirir) onun istintaqa cəlb edilməsi hələ də təmin olunmamışdır. N.Qasımov bununla bağlı Baş Prokurorluğa və Ali Məhkəmə rəhbərliyinə, eləcə də Ədliyyə Nazirliyinə, DİN-ə teleqram da vurmuşdur (surəti təqdim olunur).

Zərərçəkmişin redaksiyamıza göndərdiyi şikayəti tərəfimizdən araşdırılır və bəzi xüsusatlar araşdırma predmeti olduğundan aşağıda ixtisarla (qısa) təqdim edilir: “Hörmətli redaksiya! Salam, mən Qasımov Natiq Hüsən oğlu, bildirmək istəyirəm ki, dələduzluq əməlinin qurbanı olmuşam. Belə ki, qanunsuz əməllə məşğul olan Nərimanov RPİ-nin sabiq polis əməkdaşı Əhmədov Şirvan Əyyar oğlu mənə qarşı dələduzluq edərək 20.000 manatımı ələ keçirmişdir. O, hər dəfə bu pulu qaytaracağına söz versə də əməl etmir. Məni aldadır. Belə ki, 20 min manat pulumu ələ keçirib, aldatmaqla məni külli miqdarda ziyana salmışdır. Xahiş edirəm, təqdim etdiyim sənədlər və şikayətim əsasında bu şəxsin əməlləri araşdırılsın, mənə vurulmuş ziyanın ödənilməsi təmin edilsin. Həmçinin bu məsələni işıqlandırasınız. Qoy mənim kimi başqaları da onun yağlı dilinə və vədinə inanmasınlar, aldanmasınlar...”.

Qeyd edək ki, zərərçəkənin şikayəti əsasında hazırda etibardan sui-istifadə edilməklə özgə əmlakını (pulunu) ələ keçirmə ilə bağlı məhkəmə istintaqı aparılır. İnanırıq ki, məhkəmə ədalətli qərarı ilə dəymiş ziyanın ödənilməsini təmin edəcəkdir.

Mövzuya qayıdılacaq.

“Təzadlar”ın Araşdırma Qrupu

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN