Ukraynada Rusiyanın işğalına qarşı bütün millətlərin nümayəndələri döyüşə atılıb...

İndiyədək bir neçə Azərbaycan əsilli döyüşçü qəhrəmancasına həlak olub, bu gün həm də məlum olub ki, daha 2 Gürcüstan əsilli döyüşçü - Malxaz Kvijinadze və Conni Odişvili Ukraynada gedən döyüşlərdə həlak olub. Tezadlar.az 24News.ge-yə istinadla bildirir ki, ölkənin  Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bu fakt təsdiqini tapıb.
 Məlum olur ki, Gürcüstan vətəndaşlarının ölümü ilə bağlı Gürcüstanın Ukraynadakı səfirliyinə də məlumat verilib. Cənazələrin Gürcüstana gətirilməsi üçün bütün müvafiq prosedurlar həyata keçiriləcək.
Qeyd edək ki, 2022-ci il fevralın 24-dən etibarən, Rusiyanın genişmiqyaslı işğalının başlamasından bu yana Ukraynada 46 Gürcüstan əsilli döyüşçü həyatını itirib.

Müharibə isə davam edir. Əsassız iddianın qurbanları isə hər gün artır. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN