İyulun 11-12 tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl Türkiyə və İsveç nümayəndələri Belçikanın paytaxtı Brüsseldə yüksək səviyyəli görüş keçirəcək.

TEZADLAR.AZ xəbər verir ki,  Vilnüsdə səfəri zamanı jurnalistlərə açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq iyulda paytaxtda keçiriləcək NATO sammitindən əvvəl Türkiyə və İsveç rəsmilərinin İsveçin NATO-ya mümkün qəbulu ilə bağlı Brüsseldə bir araya gələcəklərini bildirərək deyib: "Bu toplantıda xarici işlər nazirləri, kəşfiyyat rəhbərləri və milli təhlükəsizlik müşavirləri iştirak edəcək. Məqsəd İsveçin NATO-ya üzvlüyünün başa çatdırılmasında irəliləyiş əldə olunmasıdır".

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN