Nəhayət, Priqojin üsyanından sonra Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətində ilk yaşayış məntəqəsini azad edib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. O bildirib ki, Volnovaxa rayonunda yerləşən Rivnopol kəndi artıq Ukrayna ordusunun nəzarəti altındadır. Donetsk və Zaporoji vilayətlərinə səfər edən Ukrayna prezidenti Volodimir Zelenski, Ukrayna hərbçilərinin cəbhənin bütün istiqamətlərində irəlilədiyini bildirib.
 Dünən Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində əks-hücum əməliyyatına başladığını elan edib.
Rusiya isə Donetskini 2014-cü ildə ilhaq edib və orada qondarma respublika yaradılıb. 

Ukraynanın əks-hücumları dabam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN