Çinin cənub-şərqindəki Tszyansi əyalətində kimyəvi zavodda partlayış baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə bu gün, iyulun 1-də Jiangxi Qiantai New Materials zavodunda baş verib. Partlayış zamanı neçə nəfərin iş növbəsində ola biləcəyi məlum olmadığından, hazırda zərərçəkənlər barədə məlumat yoxdur.

Hazırda hadisə yerində yanğınsöndürənlər, hüquq-mühafizə orqanları və xilasedicilər işləyir. Partlayışın səbəbi hələ dəqiqləşdirilməyib, araşdırma aparılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN