Fransa prezidenti Emmanuel Makron bu gün axşam polisin tələblərini yerinə yetirməkdən boyun qaçıran 17 yaşlı sürücünün ölümündən sonra ölkəni bürümüş iğtişaşlarla mübarizə üçün iclas keçirəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Kütləvi informasiya vasitələri xəbər verir ki, Yelisey sarayında keçiriləcək görüşdə baş nazir Elizabet Born, daxili işlər naziri Cerald Darmanin və ədliyyə naziri Erik Düpon-Moretti iştirak edəcək.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bazar günü gecə ölkə boyu 719 iğtişaşçı saxlanılıb. Qarşıdurma zamanı 45 polis və jandarm yaralanıb. Ötən gecə baş verən ən ciddi hadisələr arasında Parisətrafı məhəllələrdən birinin merinin evinə hücumu qeyd etmək olar. Hücum zamanı kommuna başçısının arvadı və övladından biri yaralanıb. Parisdə də polis əməkdaşları atəşə tutulub. Bu halların hər biri ilə bağlı cinayət işi başlanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN