Gədəbəy rayonunun Söyüdlü kəndində iyunun 20-si və 21-də baş verən etirazlardan sonra bu kəndin girişinə qoyulan polis postunun hələ də götürülmədiyi deyilir.

"Polislər yalnız kənd sakinlərini kəndə buraxır. Sənədlrərimiz yoxlandıqdan sonra kəndə daxil ola bilirik", -deyə adının çəkilməsini istəməyən kənd sakini Turan-a bildirib. Onun sözlərinə görə, kəndin içində polis yoxdur və son günlər yeni həbslər olmayıb. "Əvvəlki günlərdə həbs edilən on nəfərdən isə heç kim hələ azadlığa buraxılmayıb", deyə o qeyd edib. 

Tezadlar.az xatırladır ki, dünən iyulun 2-si Bakıda bir qrup adam aksiya keçirib. Onlar bildiriblər ki, Gədəbəyin Söyüdlü kəndində polisin sakinlərə etdiyi zorakılıq və həbslərə etiraz edirlər. Paytaxın Fəvvarələr meydanında keçirilən bu aksiyaya polis müdaxiləsi olmayıb. Etirazı xaricdə yaşayan azərbaycanlı fəalların təşkil etdiyi iddia olunur. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev özünün facebook səhifəsində yazıb ki, təyin edilsə də sözügedən aksiya heç kim tərəfindən dəstəklənməyib. 

Bununla belə, kəndə giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı rəsmi açıqlama hələki yoxdur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN