Roma Katolik Kilsəsinin rəhbəri bildirib ki, bu cür hərəkətlərə söz azadlığı ilə haqq qazandırmaq olmaz.

“Mən qəzəb və ikrah hiss edirəm. Müqəddəs sayılan hər hansı bir kitab möminlərə ehtiram baxımından hörmət edilməlidir və söz azadlığı heç vaxt başqalarına xor baxmağa bəhanə kimi istifadə edilməməlidir”, - Papa bildirib.

Qeyd edək ki, iyunun 28-də Stokholmun mərkəzində iraqlı qaçqın Salvan Momika Quranı cırıb, ayaqqabılarını vərəqlərlə silib, kitabın üstünə donuz əti basdırması qoyub və yandırıb. Bundan sonra Bağdad sakinləri İsveç səfirliyinə hücum edərək səfirin ölkədən çıxarılmasını tələb ediblər. Bir çox müsəlman ölkələrinin hakimiyyət orqanları fəalın hərəkətlərini pisləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN