Ukrayna prezidenti Vladimir Zelenski vətəndaşlara növbəti müraciəti zamanı Sumıda Ukrayna Təhlükəsizlik Xidməti (UTX) binasına edilən hücumu təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Strana.ua” yazır.

O, bildirib ki, UTX-nin binasına ziyan dəyib. Onun sözlərinə görə, belə bir zərbə Ukraynada yüksək keyfiyyətli hava hücumundan müdafiə sistemlərinə malik olmadığı üçün mümkün olub.

Bundan əvvəl Ukrayna mətbuatı Sumı vilayətində partlayışlar barədə üç dəfə məlumat yayıb. Ukraynanın bir sıra bölgələrinə pilotsuz uçuş aparatlarından istifadə etməklə kütləvi zərbə endirilməsi barədə məlumatlar var.

Qeyd olunub ki, Ukrayna Təhlükəsizlik Xidmətinin Sumı şəhərində regional idarəsinin binası yüksək rütbəli zabitlərlə görüş zamanı pilotsuz təyyarənin zərbəsinə məruz qalıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN