Son günlər, hətta AzTV-də Xəzərin milli sərvətimiz olsa daş əhalinin üzünə hasarlanmasından sujet göstərdi...

Amma məmurların təpkisi və dirənişi də öz işini görməkdədir, çünki tədbir görülmür... Sabiq nazir, professor Saleh Məmmədov da mımurkarln bu hoqqalarına qarşı üsyan etdi. Professor özünün sosial platformasında yazır: "Bu görüntülər bir il əvvəl müvafiq nəzarət orqanlarına göndərilmişdir. Bütün yay boyu gəzintiyə çıxan vətəndaşlarla bu obyektlərin sahibləri arasında mübarizə davam etmiş, bütün nəzarət orqanları gəlib getmişdir. Vəziyyət kim, balta davasına qədər qalxmışdır. Sakinlər hər gün comaları sökür, bunlar yenidən qururlar. Bu il dəniz 80-100 metr geri çəkildi. Mövsüm başlayan kimi yenidən duz dənizin içərisinə gətirdilər. Yenə dava, gündəlik konflikt, comaların dağıdılması... Nəzarət orqanları yenə də gəldi, getdi, nəticə yoxdu. Rezin kimi qərarlar, qaydalar konfliktin daha da kəskinləşməsinə kömək edir. Nazirlər kabinetinin qərarı var, amma, söhbət yalnız beton tikintidən gedir. Bu yaramazlar isə qərarı əsas gətirərək, qeyri beton tikililərlə hətta dənizin içərisinə girib hər kəsin yolunu kəsirlər və hər coma üçün saatına 10 manat pul ödəməyi tələb edirlər. Nə dənizin sahilində gəzmək olar, nə dənizə girmək. Mənim bildiyimə görə belə vəziyyət tək burada deyil, bütün cimərliklərdədi. Bir nəfər də cavabdeh tapmaq mümkün deyil...".

Bax belə! Ölkə vətəndaşının sosial və vergi ödəmələrindən maaş alan məmurlar bu vətəndaşlara Xəzər dənizindən istifadəni yasaqlamaqdadır... Ən pisi odur ki, bu hal davam etməkdədir, tədbir görülmür...

A.Məmmədli

ca9dc128-020d-47d8-b700-f04eae4926d6

e40ad164-d0a1-4e88-aeff-9f965df0efec

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN