Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanın qərbində yerləşən Aktau liman şəhərində də hiss olunub.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin seysmoloji təcrübə-metodiki ekspedisiyası məlumat verib.

Qazaxıstanlı seysmoloqların məlumatına görə, yeraltı təkanlar Aktauda 2-3 bal gücündə hiss olunub.

Xatırladaq ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN