Şuranın sözçüsü bildirib ki, Pakistanın tələbi ilə BMT-nin İnsan Hüquqları Şurası İsveçdə məsciddə Quranın yandırılması ilə bağlı təcili iclas keçirəcək.

Tezadlar.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.

"Dini nifrətin artması ilə bağlı" debatın bu həftənin sonunda baş tutacağı gözlənilir, - BMT vurğulayıb.

İyunun 28-də Stokholmun mərkəzində Medborjarplatsen meydanında 37 yaşlı iraqlı qaçqın Salvan Momika Quranın nüsxəsini yandırmaqla aksiya keçirib. Bu hadisə dünyanın bir sıra müsəlman icmalarını və xüsusən də İraq hakimiyyətini qəzəbləndirib. Bundan sonra Bağdad sakinləri İsveç səfirliyinə hücum ediblər: 100-ə yaxın adam darvazasını sındıraraq səfirin ölkədən çıxarılmasını tələb edərək əraziyə daxil olublar.

Avropa İttifaqı bu cür hərəkətlərə qarşı çıxıb. Rusiya da Momikanın hərəkətini pisləyib. Hələ 2018-ci ildə Rusiya prezidenti Vladimir Putin müsəlman dini qurumlarının nümayəndələri ilə görüşündə ənənəvi İslamı “Rusiya mədəni kodunun ən mühüm hissəsi” adlandırmışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN