Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü kimi Avropa İttifaqının dəstəyi ilə keçiriləcək “Cənubi Qafqaz və Avropa İttifaqı – çağırışların həlli, imkanların istifadəsi” adlı konfransda iştirak etmək üçün Niderland Krallığının Haaqa şəhərində səfərdəyəm.
Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
O, diqqətə çatdırıb ki, bu gün Avropa İttifaqı, Azərbaycan, Gürcüstan və Ermənistandan nümayəndələri, ekspertləri bir araya gətirəcək beynəlxalq konfransın gündəliyinə uyğun olaraq, tədbirdə Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin perspektivləri, bölgədə davamlı sülhün dəstəklənməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi kimi mövzulara dair müzakirələr aparılacaq, məruzələr dinləniləcək.
"Çıxışım zamanı dayanıqlı sülhün yalnız ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması, Qarabağda qanunsuz silahlı birləşmələrin tamamilə çıxarılması, kommunikasiyaların o cümlədən Zəngəzur dəhlizinin açılması halında mümkün olması və sülhün regiona faydalarına xüsusi yer ayıracam. Azərbaycan beynəxalq hüquq prinsiplərinə uyğun olaraq Qafqazda sülhü və stabilliyi dəstəkləyir. Bu istiqamətdə də müzakirələri davam etdirir", - deyı V.Bayrarom vurğulayıb.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN