Fransadakı iğtişaşlar nəticəsində 200-dən çox mağaza, bank şöbəsi və 250 tütün köşkü talan edilib, iqtisadiyyata külli miqdarda ziyan dəyib.

Beləliklə, ölkədə baş verən iğtişaşlar nəticəsində Fransa iqtisadiyyatına dəyən zərərin ümumi məbləği 1 milyard avronu keçib. Bunu Fransa Sahibkarlar Hərəkatının rəhbəri Joffrua Ru de Bezye bildirib və itkilərin hələ hesablanmadığını, ona görə də bu rəqəmin yekun olmadığını qeyd edib.Həmçinin vurğulayıb ki, zərərin qiymətləndirilməsi turizmə dəyən itkiləri əhatə etmir, çünki xarici turistlər iyul ayı üçün Parisdə otel sifarişlərinin 25%-ə qədərini ləğv ediblər.Bezye təəssüflə bəyan edib ki, iğtişaşların dünyada yayılan video görüntüləri Fransanın imicinə xələl gətirir.

Xatırladaq ki, Fransadakı iğtişaşlar zamanı polis 1124-ü azyaşlı olmaqla 3625 nəfəri saxlayıb.

Bu iğtişaşlar iyunun 27-də Paris ətrafında 17 yaşlı Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN