Pentaqon bu gün Rusiyanın Su-35 qırıcılarının ABŞ-ın MQ-9 Reaper pilotsuz uçuş aparatlarına (PUA) yanaşmasını əks etdirən videogörüntülər yayımlayıb.

Tezadlar.az xəbər verir ki, Pentaqonun rəsmi portallarından birində yayımlanan videonun müddəti 1 dəqiqə 5 saniyədir. Agentlik iddia edir ki, “Rusiyaya məxsus Su-35 qırıcı təyyarəsi 5 iyul 2023-cü ildə Suriya səmasında ABŞ-ın MQ-9 pilotsuz təyyarəsinə yaxınlaşıb” və onun uçuş yolu boyunca “paraşüt atəşi” açaraq, ABŞ təyyarəsini yayınma manevrləri etməyə məcbur edib. Digər Su-35, Pentaqona görə, "MQ-9-un uçuş yolunda yerləşib və MQ-9 operatorunun cihazı təhlükəsiz idarə etməsinə mane olan sürəti və hava təzyiqini dinamik olaraq artıran yanma qurğusunu işə salıb."

Daha əvvəl CBS telekanalı ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən xəbər vermişdi ki, Suriyadakı rus qırıcıları “İslam dövləti” terror qruplaşmasına qarşı əməliyyatlar aparan Amerikanın MQ-9 Reaper PUA-ları ilə bağlı “qeyri-peşəkar və təhlükəli manevrlər” həyata keçirib.

Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Oleq Qurinov çərşənbə günü bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın pilotsuz uçan aparatları gün ərzində 5 dəfə uçuş təhlükəsizliyini pozub. O qeyd edib ki, Rusiya tərəfi bir daha koalisiyaya məxsus pilotsuz təyyarələrin uçuşları ilə bağlı münaqişənin aradan qaldırılması protokollarının sistematik şəkildə pozulmasından narahatlığını bildirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN