Ukrayna prezidenti Vladimir Zelenski Slovakiyaya səfər edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Slovakiya Teleqraf Agentliyi məlumat yayıb.

V.Zelenski Slovakiya Prezidenti Zuzana Çaputova ilə danışıqlar aparacaq, bundan sonra mətbuat konfransı keçiriləcək. Ukrayna lideri xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri ilk dəfə respublikaya səfər edir.

Bundan əvvəl Zelenski Praqada Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb və nəticədə Çexiya lideri Kiyevə helikopterlər də daxil olmaqla hərbi dəstək vəd edib.

Bundan əvvəl Ukrayna prezidenti Bolqarıstan hakimiyyətinə lazımi silahların siyahısını verib. O, hava hücumundan müdafiə sistemləri, ağır zirehli texnika və sahil raket sistemlərinin siyahıda yer almasını istədiyini vurğulayıb.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN