Xilasedicilər əlverişsiz hava şəraiti səbəbindən sıxışan 4 alpinisti Elbrusdan xilas ediblər. Bu barədə jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin KBR üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

"Xilasedicilər 4 nəfərdən ibarət qeydiyyatda olan qrupu 3,8 min metr hündürlüyə təxliyə ediblər, orada əlavə yardımdan imtina ediblər. Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksək dağlıq axtarış-xilasetmə dəstəsinin xilasediciləri axtarış-xilasetmə işlərinə cəlb olunublar", - məlumatda deyilir.

Daha əvvəl bildirilib ki, 5,3 min metr hündürlükdə yerləşən Elbrus dağında 4 nəfərdən ibarət qrup hava şəraiti səbəbindən enə bilmir və kömək istəyir.

Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsi gözlənilən pis hava şəraiti, yaxın günlərdə respublika ərazisində bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin sürətinin 25 m-dək güclənəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edəkki, Elbrus Avropanın ən hündür zirvəsidir (5642 m), ilboyu kurort kimi məşhurdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN