ABŞ prezidenti Co Bayden Ukraynanı NATO-ya üzvlük fəaliyyət planından azad etməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə EFE agentliyi Amerika rəhbərliyindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, üzvlük prosedurunun sadələşdirilməsi Kiyevdən Ukraynanın müdafiə, iqtisadiyyat və siyasət sahəsinə daxil olmaq üçün lazım olan islahatları apardığını sübut etmək öhdəliyini aradan qaldıracaq. Qeyd olunur ki, Amerika baxımından Kiyevin NATO-ya daxil olması yalnız Ukrayna münaqişəsi bitdikdən sonra aktual məsələyə çevriləcək.

Bundan əvvəl Fransa və Britaniya alyansın Vilnüs sammitindən sonra Ukraynanın NATO-ya dəvətini dəstəkləyib. Paris və London bəyanata “dəvət” sözünün daxil edilməsinə və bunun texniki deyil, siyasi qərar olacağının tanınmasına çağırıblar. Qeyd olunur ki, belə bir qərar Kiyevə alyans üzvlərinin Ukraynanın bloka daxil olmasına hazır olduğunu göstərməlidir.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN