Daha bir istehlakçının hüquqları pozulub, mal satan isə ipə-sapa yatmır...

“Azad İstehlakçılar Birliyi”nin sədri cənab Eyyub Hüseynov Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Pioner küçəsi, ev-48A ünvanında yaşayan Ağayev Səməd Şamil oğlu tərəfindən ona ünvanlanmış bir şikayəti “Təzadlar”a göndərib.

Aşağıda təqdim edirik:

“Yazıb sizə bildirirəm ki, qaynanam Mehriban Cəfərquliyeva 22.06.2023-cü il tarixdə Bakı şəhəri, 28 May-Füzuli küçəsi-79 ünvanda yerləşən “BYSTORE” mağazasından “DYSON AİRWAP COMPLETE LONG ORANGE GIFT” markalı saç fenini 1489 manat ödəyərək almışdır. Məhsula 1 illik yazılı zəmanət talonu verilmiş, satıcı əlavə olaraq bildirmişdir ki, məhsulla bağlı hər hansı problem olarsa, istehsalçı Türkiyə şirkəti əlavə olaraq 2 illik əlavə zəmanət verəcək! Məhsula verilən kassa çekinin tam saxta, adi kağız parçası olduğunu sonradan bildik (şəkili telefonumda var). 04.07.2023-cü il tarixdə həyat yoldaşım İnci Ağayeva fendən bir neçə dəqiqə istifadə zamanı fen anidən dayandı. Həmin tarixdə feni zəmanət talonu və satış zamanı təqdim olunan çeklə birlikdə həyat yoldaşım İnci Ağayeva mağazaya aparıb mövcud vəziyyəti izah etdikdən sonra fenin yeni qüsursuz fenlə dəyişdirilməsini və ya ödənilmiş 1489 azn məbləği geri qaytarmalarını (0553600024) (0124498224) tələb etsə də mağaza rəhbəri və satıcı bunun mağazanın daxili qaydalarına əsasən mümkünsüz olduğunu bildirdi və aşağıda qeyd etdiyim ifadələri səsləndirdi: “Fenin yararsız hala düşməsi sizin səhviniz olduğu üçün yalnız xərcini siz ödədiyiniz təqdirdə təmir etdirib sizə geri verə bilərik. Belə olan təqdirdə zəmanət qüvvədən düşmüş hesab olunur, bizim öz qaydalarımız var”.

Həyat yoldaşım bu fikirlə razılaşmayıb belə olan təqdirdə satışdan 14 gün keçmədiyinə görə bir daha pulu geri istədikdə isə ona “Biz fəaliyyətimizi Azərbaycan Respublikasının qanunlarına əsasən deyil, mağazanın daxili qaydalarına əsasən tənzimləyirik” deyilmişdir və istədiyiniz hüquq mühafizə orqanlarına müraciət edə biləcəyimizi bildirərək onların çəkindikləri hər hansı qurum olmadığını söyləmişlər. Bundan sonra mən 195 çağrı mərkəzinin Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyinin qaynar xəttinə mənə verilmiş kassa çekinin saxta olduğunu və məhsulun 14 gün ərzində geri qaytarma hüququmun olmadığını bildirdiklərini dedim, müraciətim qeydə alındı, amma nəticə yoxdur! Mağaza işçiləri 04.07.2023-cü il tarixdə məndən feni, kassa çekini, zəmanət talonunu alıb məhsulu servisə göndərəcəklərini və ola bilsin ki, hər hansı qərarın qəbul ediləcəyini bildirdilər. Həmin tarixdə 2 saat ərzində mənə cavab olaraq bildirdilər ki, fen açılan zaman içərisindən saç kəpəyi və saç qalıqları olduğunu və fenin mühərrikinin bu səbəbdən yandığını bildirdilər. Mən isə bu fikirlə razılaşmayıb ilk istifadədən bu qədər saç kəpəyinin və saç qalıqlarının olmasının mümkünsüzlüyünü və ailədə saçda saç kəpəyi heç kimdə olmadığını bildirsəm də, onlar öz bildiklərini deyib məhsulun dəyişdirilməsindən və ya ödənişin geri qaytarılmasından imtina etdilər. Mənə bir daha məlum oldu k, bizə işlənmiş köhnə fen satılmışdır. Fen mağazada qalmışdır.

Xahiş edirəm, istehlakçı hüququmu qoruyasınız, ödədiyimiz 1489 azn geri qaytarılsın, bu barədə müvafiq Dövlət orqanlarına və KİV-lərə məlumat verilsin ki, başqa insanlar aldadılmasınlar.

Hörmətlə, Səməd  Ağayev”.

Bəli, ölkədə qanunlar işləyir və sadəcə, bunu bəziləri anlamalıdır. Odur ki, redaksiya məsələni kökündən araşdıraraq istehlakçının hüquqlarının qorunmasına çalışacaq.

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN