Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AÜA) partiyası qarşıdan gələn Avropa seçkilərində öz seçki kampaniyasını Avropa İttifaqının nəzarətli şəkildə dağılması ideyası üzərində qurmağa hazırlaşır.

Tezadlar.az xəbər verir ki, bu barədə “Euractiv” yazır. Siyasi qüvvənin lideri Tino Xrupallanın portala verdiyi məlumata görə, birləşmə yalnız iqtisadi zona olmalıdır.

“Biz Avropanın yenidən qurulmasını tələb edirik ki, milli dövlətlərin potensialından istifadə edək və şərqə doğru körpünü bərpa edək. Aİ yalnız iqtisadi zonadır və belə də qalmalıdır”, - AÜA rəhbəri izah edib.

O, həmçinin əlavə edib ki, Aİ hazırda milli dövləti əvəz edə bilmədən milli səlahiyyətlər verir. Xrupalla vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar blokun qeyri-legitimliyinin bariz nümunəsidir, çünki onlar vətəndaşların maraqlarına cavab vermir, inflyasiya və tənəzzülün artmasına səbəb olub.

“Aİ Avropa xalqları liqası tərəfindən maraqlara əsaslanan yeni Avropa iqtisadi icması ilə əvəz edilməlidir. Qlobal tendensiya bizim xeyrimizə olduğu üçün (təklifin həyata keçirilməsi üçün) perspektivlər yaxşıdır”, - Xrupalla fikrini yekunlaşdırıb.

Bundan əvvəl Yunanıstan, İtaliya və Polşa Aİ-dən çıxmaq üçün ən çox ehtimal olunan namizədlər adlandırılmışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN