Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiyanın 238 400 hərbçisi məhv edilib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, Rusiya qoşunları hazırda Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində hücumlara cəhd edir. Ukrayna ordusu işğalçıların şəxsi heyətinin cəmləşdiyi ərazilərə 15 zərbə endirib. Xüsusilə, Ukrayna Silahlı Qüvvələri Baxmut və Berdyansk istiqamətlərində irəliləməyə davam edir. Məlumata əsasən, Rusiyanın digər döyüş itkiləri 4115 tank, 8034 zirehli maşın, 3 828 operativ-taktiki PUA, 4 504 artilleriya sistemi, 315 təyyarə, 310 helikopter, 18 ədəd gəmi/kater, 7059 avtomobil texnikası və avtosisternlər, 677 xüsusi texnika ədəd təşkil edib.

Müharibə isə davam edir...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN