Britaniyalı milyarder Riçard Branson Böyük Britaniyanı rusiyalı iş adamı Oleq Tinkova qarşı sanksiyaları ləğv etməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, “The Times” qəzetinin yazdığına görə, o, Britaniya Xarici İşlər Nazirliyinə rəsmi müraciət göndərib və orada ona qarşı qoyulan məhdudiyyətləri “ağılsız” adlandırıb.

O, müraciətində qeyd edib ki, Tinkov “zəngin rus iş adamı olsa da, heç vaxt oliqarx olmayıb”.

"Mən onu həmişə dinamik, özünü inkişaf etdirən bir sahibkar kimi tanımışam", - deyən Branson Tinkovun səhvən sanksiyaya məruz qalan ruslar siyahısına salındığını qeyd edib.

Xatırladaq ki, Tinkov 2022-ci ilin martından Britaniya sanksiyaları altındadır. London məhdudiyyətləri Rusiya hökuməti üçün “strateji əhəmiyyət kəsb edən sənayedə” fəaliyyət göstərən “Tinkoff Bank”-ın səhmdarı olması ilə əsaslandırıb. Aprelin 28-də “Tinkoff Bank”-ın ana şirkəti TCS Group, Tinkov ailəsi trestinin 35% payını “Interros” şirkətlər qrupuna satdığını açıqladı.

2023-cü ilin mart ayının əvvəlində media Tinkovun İngiltərə Xarici İşlər Nazirliyinə sanksiyaların ləğvi tələbi ilə rəsmi müraciət etdiyini bildirdi. Bundan əvvəl o, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını pisləyib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN