Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan meşə yanğınlarının söndürülməsi üçün təyyarə almaq istəyini bildirib.

Tezadlar.az xəbər verir ki, İstanbulda keçirdiyi mətbuat konfransında Ərdoğan iyulun 16-da Türkiyənin Muğla, Mersin və Çanaqqala vilayətlərində yanğınların baş verdiyini bildirib. O qeyd edib ki, daxili işlər naziri və meşə təsərrüfatı naziri ilə danışıqlar aparıb, yanğınların əksəriyyəti nəzarətə götürülüb.

Türkiyə prezidentinin sözlərinə görə, hazırda Türkiyə təyyarələri və helikopterləri yanğınlarla mübarizə aparır. Eyni zamanda, ölkə mövcud olanlardan əlavə Rusiyadan da yanğınsöndürmə texnikası almaq istəyir.

Bundan əvvəl bildirilmişdi ki, Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Rusiyadan meşə yanğınlarının söndürülməsi üçün effektiv olan amfibiya təyyarələrinin alınmasını müzakirə etməyi planlaşdırır.

2022-ci ilin yayında Türkiyəni irimiqyaslı meşə yanğınları bürüdü. Onlar ölkənin cənub-qərbində yerləşən Marmaris turizm limanında, eləcə də Türkiyənin cənubunda yerləşən Antalyada baş verib. Ərdoğan meşəni yandırmağa görə ölüm cəzasının tətbiqi təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN