Vladimir Zelenskinin rəsmi saytında Ukrayna prezidentinin saytından rus dilinin çıxarılmasını tələb edən petisiya yayılıb.

Müraciəti mindən bir qədər çox adam imzalayıb, baxılması üçün lazım olan 25 min nəfər var.

İndi Prezidentin saytında siz üç dil seçə bilərsiniz - rus, ukrayna və ingilis.

Bundan əvvəl Kiyev şəhər şurası musiqinin kütləvi ifasını və rus dilində kitabların nümayişini, eləcə də konsertlər və mədəni-maarif xidmətlərini qadağan edib. Həmçinin, adları SSRİ və Rusiya tarixi ilə bağlı olan daha 14 şəhər obyektinin adının dəyişdirilməsi qərara alınıb.

Eyni zamanda, Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko etiraf edib ki, rus və ukrayna dillərini bilmək ukraynalılar üçün təbiidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN