Rusiyanın kəşfiyyat-hücum helikopteri Ka-52 və onun təkmilləşdirilmiş variantı olan Ka-52M Ukrayna Silahlı Qüvvələri (USQ) üçün ciddi təhlükə yaradır.

Tezadlar.az bu barədə “Newsweek” Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən yazır.

Qəzetin yazdığına görə, Böyük Britaniya Müdafiə Nazirliyinin gündəlik brifinqində Rusiyanın öz qoşunlarını modernləşdirilmiş Ka-52M-lərlə gücləndirdiyi bildirilib. İdarə helikopteri Zaporojye vilayətində təmas xəttində Rusiyanın ən nüfuzlu silah sistemlərindən biri adlandırıb.

Qeyd olunur ki, Ka-52 təxminən 15 kilometr mənzilli tank əleyhinə raketlər daşıyır. Bu, helikopter ekipajlarına onları Ukrayna hava hücumundan müdafiə vasitələrinin hüdudlarından kənara çıxarmağa imkan verir.

Mart ayında Rostec Dövlət Korporasiyasının Yüksək Dəqiqlik Kompleksləri holdinqi bildirib ki, “İzdeliye 305E” yüngül çoxməqsədli idarə olunan raket (LMUR) Rusiya Silahlı Qüvvələrinin ordu aviasiyası tərəfindən xüsusi hərbi əməliyyat zonasında uğurla istifadə edilib. Sursat Ka-52M və Mi-28NM helikopterlərinin silahlanma sisteminə inteqrasiya olunub.

Yanvarda mənbə Rusiya Aerokosmik Qüvvələrinin xüsusi əməliyyat çərçivəsində Ka-52M-dən istifadə etdiyini bildirmişdi. Qeyd edilib ki, LMUR Ka-52M-i cəbhə xəttinin ən mühüm hücum silahına çevirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN