Mari El Respublikasında qasırğa nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Tezadlar.az xəbər verir ki, əməliyyat xidmətlərinin məlumatına görə, 10 nəfər xəstəxanaya yerləşdirilib.

Daha əvvəl yeddi nəfərin öldüyü bildirilirdi. Onların hamısı güclü tufan baş verən Yalçık gölünün yaxınlığında dincəlirdi.

Fövqəladə Hallar Nazirliyi qasırğa zamanı 27 nəfərin xəsarət aldığını bildirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları pis hava şəraitinin fəsadlarını aradan qaldırır.

Bundan əvvəl Mari Eldə qasırğanın görüntüləri yayılmışdı. Külək çoxlu ağacları yıxıb, insanlar sadəcə olaraq fırtınanın episentrini tərk edə bilməyiblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN