İstanbul yaxınlığındakı Şilə kurortunda yerləşən Sofular çimərliyi təcili olaraq boşaldılıb və mülki şəxslərə bağlanıb. Səbəbi orada 28 partlamamış minanın aşkar edilməsidir.

Tezadlar.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Sahilə yaxın dənizdə bir çimərlik ziyarətçisi təsadüfən minanı aşkar edərək, bu barədə jandarmaya məlumat verib. Təcili olaraq çimərlikdə olan bütün turistlərin təxliyyəsini həyata keçirilib.

"Müəyyən edilib ki, şübhəli əşyalar artilleriya mərmisidir. Göstərilən yerdə 28 döyüş sursatı aşkar edilib, onlardan 8-i artıq məhv edilmək üçün sudan çıxarılıb", - İstanbul valisi Davud Gül bildirib.

Aşkar edilmiş sursatlar avqustun 2-də təmizlənəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN