Britaniya hakimiyyəti BMT-nin tədbirində iştirak etməli olan Rusiya nümayəndə heyətinə viza verməkdən imtina edib.

Tezadlar.az bildirir ki, bu barədə Rusiyanın dünya təşkilatındakı nümayəndəliyindən məlumat verilib.

Söhbət Birləşmiş Millətlər Təşkilatının Birgə Pensiya Fondunun İdarə Heyətinin iyulun 23-dən 28-dək Londonda keçirilən sessiyasından gedir.

Artıq Rusiya diplomatları Britaniyanın hərəkətlərinin beynəlxalq öhdəlikləri pozduğunu bildiriblər.

Əvvəllər Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, ABŞ da rusiyalı diplomatlara vizaların verilməməsi problemini həll etmək istəməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN