2023-cü ilin iyun ayına olan məlumata görə, Rusiyanın hücumu nəticəsində Ukraynanın infrastrukturuna dəymiş sənədləşdirilmiş ümumi zərər 150,5 milyard dollar həcmində qiymətləndirilir.

 Kiyev İqtisadiyyat Məktəbinin (KİM) məlumatına görə, smetada bu ilin iyununda Rusiyanın Kaxovskaya su elektrik stansiyasını bombalaması nəticəsində infrastrukturun itkiləri də nəzərə alınıb.

 ““Birbaşa itkilərin ümumi həcmində ən böyük pay mənzil fondunun itkisidir - 55,9 milyard dollar, həmçinin su elektrik stansiyasının partlaması nəticəsində yaşayış binalarının su dolması və dağılması nəticəsində təqribən 1 milyard dollar itki də nəzərə alınmaqla”, - deyə məlumatda bildirilir.

 Qeyd olunur ki, hərbi əməliyyatlar nəticəsində dağılmış və ya zədələnmiş yaşayış obyektlərinin ümumi sayı 167,2 minə yaxın binadır:

 

147,8 min - fərdi yaşayış evləri;

19,1 min - çoxmənzilli;

0,35 min - yataqxanalar.

 

Ən böyük ziyan Mariupol, Xarkov, Çerniqov, Severodonetsk, Rubijne, Baxmut, Maryinka, Lisiçansk, Popasna, İzyum və Volnovaxa şəhərlərinin mənzil fonduna dəyib.

 İtkilərin həcminə görə ikinci yeri infrastruktur sektoru tutur - 36,6 milyard dollar. Nəqliyyat infrastrukturuna, yol infrastrukturuna, dəmir yolu infrastrukturuna, eləcə də aviasiya sənayesinə və liman sənayesinə ziyan dəyib.

 Bundan əlavə, biznes aktivlərinin itkisi 11,4 milyard dollar həcmində qiymətləndirilir.

 Təhsil də ən çox təsirlənən sahələrdən biridir. Təhsil müəssisələrinin dağıdılmasından birbaşa sənədləşdirilmiş itkilər 9,7 milyard dollar təşkil edir. Döyüş əməliyyatları nəticəsində artıq 3,4 minə yaxın təhsil müəssisəsi zərər görüb. Təhsil müəssisələrinin dağılması və zədələnməsi nəticəsində ən çox itkilər Xarkov, Donetsk, Çerniqov, Zaporojye və Kiyev vilayətlərindədir.

 Ekspertlər onu da qeyd edirlər ki, Ukraynanın energetika sektorunun infrastrukturuna dəyən itkilər, ilkin hesablamalara görə, 8,8 milyard dollar təşkil edir ki, bunun da 638 milyon dolları su elektrik stansiyalarının partlaması nəticəsində sektordakı itkilərdir. Digər 8,7 milyard dollar isə müharibə nəticəsində kənd təsərrüfatı sektorunun birbaşa itkisidir. Sosial müəssisələrə, elm və səhiyyəyə, mədəniyyət obyektlərinə, idman obyektlərinə və inzibati binalara dəymiş dağıntı və ziyanın məbləği isə təqribən 5,9 milyard dollar təşkil edir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN