İtaliyanın xarici işlər naziri Antonio Tajani hesab edir ki, Moskva həqiqətən də uzun illər Nigerə "məharətlə nüfuz edib", lakin onun ölkədə hərbi çevrilişdə əli olduğuna inanmır.

Tezadlar.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri yazıb.

“Rusiyanın çevrilişin təşkili mərhələsində Nigeriya işlərinə qarışması barədə heç bir xəbərimiz yoxdur”, - diplomat vurğulayıb.

Rusiya prezidenti Vladimir Putinin fotoşəkilləri ilə keçirilən nümayişlərdə Tajani bir qədər anti-Fransa əhval-ruhiyyəsi görüb.

İyulun 27-nə keçən gecə Niger hərbçiləri prezident Mohamed Bazum-un vəzifəsindən kənarlaşdırıldığını və hakimiyyətin Vətənin Qurtuluşu Milli Şurasına verildiyini, həmçinin sərhədlərin bağlandığını, konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hər hansı siyasi partiyaların fəaliyyətinə qadağanın tətbiq olunduğunu elan etdilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN