Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünün yerləri və tarixləri hələ müəyyən edilməyib, onlar razılaşdırılacaq.

Tezadlar.az bildirir ki, bu barədə avqustun 3-də keçirdiyi brifinqdə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Prezidentlər tezliklə görüşmək niyyətlərini təsdiqləyiblər. Lakin görüşün yeri və belə görüşün vaxtı diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacaq", - Kreml sözçüsü bildirib.

Avqustun 2-də telefon danışığında Putin və Ərdoğan görüş barədə razılığa gəliblər. Peskov qeyd edib ki, tədbirin keçiriləcəyi yer mütləq Türkiyə olmayacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN