Abxaziyada 25 yaşlı oğlan tərəfindən öldürülərək çayda batırılan qızın meyitini axtarırlar.

Tezadlar.az xəbər verir ki, Respublika Baş Prokurorluğunun məlumatına görə, 28 yaşlı yerli sakin Natia Baxtadze iyulun sonunda yoxa çıxıb.

Qızın anası Abxaziya prezidentini qızın axtarışına kömək etməyə çağırıb. Avqustun 3-də Abxaziya prokurorluğu qızın qatilinin 25 yaşlı olduğunu üzə çıxarıb.

Qal şəhərində Lexus avtosalonunda gənc oğlan Natianı öldürüb. Bundan sonra o, cinayətin izlərini gizlətmək qərarına gəlib və qızın cəsədini İnqur çayı üzərindəki üçüncü Perepadnaya su elektrik stansiyasında batırıb.

Mütəxəssislər qızın cəsədini tapmaq üçün çaya baxış keçirirlər.

Faktla bağlı cinayət işi başlanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN