Ukrayna münaqişə başlayandan bəri ABŞ-dan 66,2 milyard dollar yardım alıb və İkinci Dünya Müharibəsindən sonra Vaşinqtondan ən çox dəstək alan ölkə olub.

Tezadlar.az bildirir ki, bu barədə “The Washington Post” rəsmi məlumatlara istinadən xəbər verir.

Vaşinqtonun Kiyevə göstərdiyi dəstəyin ümumi dəyərinin 43,1 milyard dolları hərbi yardıma xərclənir ki, bunun da 23,5 milyard dolları ABŞ Müdafiə Nazirliyinin anbarlarından olan silah və texnikaya aiddir. Daha 18 milyard dollar Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində əlavə silah, təlim, konsaltinq, logistika və avadanlıqlara sərmayə yatırmaq üçün nəzərdə tutulan maliyyələşdirməyə yönəldilib.

ABŞ həmçinin Ukraynaya təxminən 20,5 milyard dollar büdcə dəstəyi və 2,6 milyard dollardan çox humanitar yardım göstərib.

ABŞ-ın digər ölkələrə dəstəyi ilə müqayisədə Ukraynaya yardımı unikaldır. Bu, ABŞ-ın digər müttəfiqlərinin, o cümlədən İsrailin (8,6 milyard dollar), Misirin (3,3 milyard dollar) və İordaniyanın (2,6 milyard dollar) ikitərəfli dəstəyini xeyli üstələyir.

Bundan əvvəl “Politico” qəzeti ABŞ-ın Ukraynaya yeni yardım paketinin tezliklə qəbul edilməsi barədə məlumat yayıb. Qeyd olunur ki, buraya əlavə hava hücumundan müdafiə sistemləri, artilleriya və digər döyüş sursatları, həmçinin 400 milyon dollar dəyərində zirehli texnika və tank əleyhinə silahlar daxil olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN