Avropa İttifaqının (Aİ) səlahiyyətliləri Nigerdən bir sıra nümayəndəliklərini təxliyə etməmək qərarına gəliblər.

Tezadlar.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti assosiasiyadakı mənbələrə istinadən məlumat yayıb.

“Aİ-nin polis təlimi və sərhəd mühafizəsi missiyası, eləcə də vacib kadrlar hesab edilən humanitar missiya ölkədə qalacaq”, - deyə onlar qeyd ediblər.

Daha əvvəl bildirilmişdi ki, Aİ-nin Nigerdəki missiyasının əməkdaşlarına öz istəkləri ilə ölkəni tərk etməyə icazə verilib. Bununla belə, diplomatların və səfirlik işçilərinin təxliyəsi ilə bağlı rəsmi qərar verilməyib, - Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Nabilə Massrali bildirib.

Eyni zamanda, Nigerdə ​​baş vermiş dövlət çevrilişi fonunda Aİ assosiasiyaya üzv olan dövlətlərin vətəndaşlarını ölkədən çıxarmaq qərarına gəlib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN