22 hərbçi əsirlikdən Ukraynaya qayıdıb.

Tezadlar.az bildirir ki, bu barədə Vladimir Zelenski ölkəsinin Prezident Aparatının (PA) rəhbəri Andrey Yermak Telegram kanalında məlumat verib.

Yermakın sözlərinə görə, onların arasında müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak edən iki zabit, sıravi hərbi qulluqçu və çavuş da var. Onlardan ən böyüyünün 54, ən kiçiyinin isə 23 yaşı var.

O əlavə edib ki, döyüşçülər qayıtdıqdan sonra həkimlərin dəstəyi ilə fiziki və psixoloji reabilitasiya kursundan keçəcək və lazımi müalicəni alacaqlar.

Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən əsgəri komandanlığın hərbçilərə hücum barədə məlumat vermədiyini bildirib. Onlar hansı tapşırığı yerinə yetirəcəklərini başa düşmürlər və hücumun məqsədlərini televiziyadan və ya TikTokdan öyrənirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN