Azərbaycanın “Aframax” tipli “Şuşa” tankerinin ilk səfəri uğurla baş tutub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən TEZADLAR.AZ-a verilən məlumata görə, gəmi 29 iyul tarixində Libiyanın Es Sider limanında xam neftlə yüklənib və İtaliyanın Augusta limanına doğru yola çıxıb.

“Aframax” tipli tankerin ilk səfəri uğurla tamamlanıb və təyinat limanında yük təhlükəsiz şəkildə gəmidən boşaldılıb.

Qeyd edək ki, "Aframax" tipli 3 tankerin hər birinin ümumi yükgötürmə qabiliyyəti təxminən 115 min tondur və onlar Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında istismar ediləcəklər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN