Latviyanın baş naziri Krisjanis Karins istefa verdiyini açıqlayıb.

Bu barədə TASS siyasətçinin sosial şəbəkələrinə istinadən xəbər verir.

Baş nazir avqustun 17-də istefa ərizəsini Latviya prezidenti Edqars Rinkeviçsə təqdim edəcəyini açıqlayıb. Karins hazırda hakim koalisiyaya daxil olan Yeni Birlik Partiyasını bu vəzifəyə yeni namizəd irəli sürməyə çağırıb.

Latviya qanunlarına görə, hazırkı nazirlər kabineti hökumət başçısı istefa verdikdən sonra parlament yeni kabinetə etimad bildirənə qədər öz vəzifələrini icra etməyə davam edəcək.

Xatırladaq ki, Karins 1964-cü il dekabrın 13-də ABŞ-da anadan olub və orada ali təhsil alıb. Siyasətçi ilk dəfə 1984-cü ildə Latviyaya səfər edib və oradan cəmi 12 il sonra, 1996-cı ildə köçüb. O, 2002-ci ildə Latviya Seyminə seçildiyi Yeni Zaman Partiyasının yaradıcılarından biri olub. Daha sonra 2009-cu ildə Avropa Parlamentinin üzvü olub. O, 2019-cu il seçkilərindən sonra baş nazir vəzifəsini icra edib.

Xüsusi əməliyyat başlayandan sonra Karins Ukraynaya fəal dəstək verib. 2023-cü ilin mayında o, bəyan etdi ki, “davamlı sülhə” nail olmaq üçün Kiyev NATO-ya daxil olmalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN