Rusiya prezidenti Vladimir Putin deyib ki, NATO bütün təzyiq vasitələrinin köməyi ilə qüvvələrini artırır.

Onun sözlərini “RİA Novosti” sitat gətirib.

“NATO-ya üzv ölkələr hücum imkanlarını inkişaf etdirməyə və modernləşdirməyə davam edir, hərbi qarşıdurmanı kosmosa və informasiya məkanına köçürməyə cəhd edir, hərbi və qeyri-hərbi təzyiq vasitələrindən istifadə edir. Üstəlik, bütün bunlar silahlara nəzarət sisteminin məhv edilməsi fonunda baş verir”, - deyə siyasətçi bildirib.

O, həmçinin əlavə edib ki, dünyanın müxtəlif regionlarında köhnə münaqişələrin cibləri partladılır, yeni münaqişələr qızışdırılır. Münaqişələrin təşəbbüskarları fayda verməyi planlaşdırır, -Putin izah edib.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN