İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi “X” sosial media platformasında Azərbaycan ərazilərində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma separatçı rejimi dəstəkləyən təxribat xarakterli paylaşımını silib.

Tezadlar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinə çağırılan İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez məlumat verib.

O, ölkəsinin davamlı olaraq Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqedə heç bir dəyişikliyin baş vermədiyini bildirib. Sözügedən paylaşımın texniki nöqsan olduğunu deyən ispan diplomat bu səbəbdən də Azərbaycan tərəfinin narahatlığını ifadə etməsindən dərhal sonra həmin paylaşımın silindiyini diqqətə çatdırıb.

Azərbaycan tərəfi belə halların bir daha təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN