Kişi sevgilisi ilə mübahisə zamanı öz oğlunu az qala bıçaqlayacaqdı. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Primorsk diyarı üzrə departamenti məlumat yayıb.

Müstəntiqlər müəyyən edib ki, kişi sərxoş halda qısqanclıq zəminində birgə yaşadığı şəxslə mübahisə edib və qadının müdafiəsinə qalxan öz oğlunu bıçaqlayıb.

17 yaşlı oğlan qarın nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun 44 yaşlı atası saxlanılıb və artıq adam öldürməyə cəhddə ittiham olunub.

Cinayət işi üzrə istintaq davam etdirilir.

Bundan əvvəl daha bir hadisə barədə məlumat yayılmışdı: Moskva vilayətində qadın nahar hazırlayarkən ərini bıçaqlayıb, sonra isə yemək bişirməyə qayıdıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN