Krasnoyarsk diyarının Nazarovski rayonunda kənd təsərrüfatı kompleksinin iki işçisi ölüb.
Prokurorluq bildirir ki, onlar taxıl biçərkən ölüblər.
Hadisə avqustun 23-nə keçən gecə Krasnaya Polyana kəndində baş verib. İlkin məlumatlara görə, həmin şəxslər avadanlıq işləyərkən özbaşına tıxanmanı aradan qaldırmağa cəhd ediblər.
“Nəticədə, işçilər xam taxıl olan konteynerin dərinliyinə sürükləniblər”, - prokurorlar jurnalistlərə müsahibəsində bildiriblər.
İşçilər hava çatışmazlığından ölüblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq yoxlamaya başlayıb. Onlar işəgötürənin əmək qanunvericiliyinə uyğunluğunu qiymətləndirəcəklər.
E.ŞİRİNOV