booked.net booked.net  

Litva prezidenti Gitanas Nauseda Ukraynanın Müstəqillik Gününü qeyd etmək üçün Kiyevə gəlib.

"Mən Ukraynanın Müstəqillik Gününü qardaş Ukrayna xalqı ilə birlikdə qeyd etmək üçün Kiyevə qayıtdım", - Litva lideri Twitter səhifəsində yazıb.

Nauseda əlavə edib ki, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq, həmçinin Krım Platformasının sammitində iştirak etmək niyyətindədir.

Zelenski öz növbəsində, Telegram-da Krım Platformasının sammitinin avqustun 23-də keçiriləcəyini yazıb. İlk belə sammit 2021-ci ildə Ukrayna tərəfinin təşəbbüsü ilə Kiyevdə keçirilib, orada Krımın respublikaya qaytarılması məsələsi müzakirə edilib. Sonra sammitdə 40-dan çox ölkə və beynəlxalq təşkilat iştirak edib.

2014-cü ilin martında Krımda referendum keçirilib, nəticədə, yarımada Rusiyanın ərazi hissəsinə, Sevastopol isə federal əhəmiyyətli şəhərə çevrilib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN