Prezident Salome Zurabişvili "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoyub.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Prezident bu barədə Orbeliyani sarayında keçirilən brifinqdə bildirib. Ölkə prezidenti öz çıxışında deyib: “Bu gün mən Rusiya qanununa veto qoydum. Bu qanun öz mahiyyətinə, ruhuna görə konstitusiyamıza və bütün Avropa standartlarına zidd olan və Avropa yolunda maneə olan Rusiya qanunudur. Bu gün parlamentə təqdim olunacaq qanun, heç bir dəyişikliyə, təkmilləşdirməyə ehtiyac yoxdur. Bu qanun ləğv edilməlidir”.
Xatırladaq ki, Gürcüstan parlamenti hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Qanun layihəsinin lehinə 84, əleyhinə 30 deputat səs verib.

Prezidentin qalmaqallı qanuna veto qoyması əks cəbhədə ciddi narahatlıq yaradıb. Ölkənin mövcud qanunvericiliyinə görə qanun yenidən parlamentə qaytarılaraq müzakirədən keçməlidir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN