Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu məlumatı müstəqil şəkildə təsdiqləsə, Zaporojye Atom Elektrik Stansiyasına hücumların səbəbkarlarının adını açıqlayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi bildirib.

"Əgər mənə kifayət qədər məlumat verilsə, mən bunu ictimaiyyətdən gizlətməyəcəyəm", - Qrossi deyib.

O qeyd edib ki, məsuliyyət daşıyanları müəyyən etmək üçün BAEA müfəttişləri hücumların mənşəyini müstəqil şəkildə təsdiqləməlidirlər.

Ukrayna Silahlı Qüvvələri müntəzəm olaraq Enerqodar şəhərindəki Zaporojye Atom Elektrik Stansiyasının ərazisini atəşə tutur. Bildirilib ki, Ukrayna xüsusi təyinatlıları təlimlər keçirir, bu zaman Dneprdən keçmək və stansiyanı ələ keçirmək lazımdır.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Qərb ölkələrinin Zaporojye AES-ə nəzarətin Kiyevə verilməsi zərurəti ilə bağlı bəyanatları əslində nüvə şantajıdır, halbuki onlar bunu fərq etmədən Ukraynanı Zaporojye AES-ə təhlükə mənbəyi kimi tanıyıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN