Tbilisidə parlament binasının önündə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası keçirilir.

Tezadlar.az ölkənin sosial şəbəkə istifadəçilərinə istinadla bildirir ki, əvvəlcə tələbələr, həkimlər, tibb bacıları, rezidentlər və ictimai fəallar paytaxtın bir neçə istiqamətində yürüş ediblər. Yürüş iştirakçıları daha sonra parlament önünə toplaşaraq, burada çıxışlar ediblər. Aksiyada iştirak edən tibb işçiləri əllərində müxtəlif şuarlar olan bannerlər tutublar: “Biz tərəf deyilik. Bizim tələbimiz ölkənin gələcəyi/sağlamlığımız və Avropaya inteqrasiyadır”. Mitinq iştirakçıları etirazlarını dayandırmayacaqlarını bildirirlər. Onlar “Rusiya qanunlarına yox”, “Rusiyaya yox, Avropaya hə” "Yaşasın Gürcüstan" yazılmış plakatlar tutublar.
 Batumi Şota Rustaveli Dövlət Universitetinin önündə də tələbələrin iştirakı ilə etiraz aksiyası keçirilib. Gürcüstanın digər bölgələrində də bu məzmunlu aksiyalara start verilib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN