Baş Prokurorluq lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktları ilə bağlı video müraciət edib

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə növbəti videomüraciət təqdim olunub.  Tezadlar.az xəbər verir ki, videomüraciətdə son zamanlar ölkə ərazisində lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktlarına çox sıx rast gəlinməkdə olduğu bildirilir.
Vətəndaşlara tövsiyə edilir ki, bu kimi dələduzluq halları ilə qarşılaşmamaları üçün avtomobil alarkən rəsmiləşdirməni qanuna uyğun notarial qaydada etsinlər.
Müvafiq lizinq şirkətinin qanuni nümayəndəsi olmadan 3-cü şəxslərə hər hansı ödəniş etməyin!
Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, qanunamüvafiq qaydada rəsmiləşdirilməmiş avtomobillərin idarəedilməsi yol verilməzdir!

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN