Rusiyanın səsdən sürətli strateji raket daşıyan bombardmançı təyyarələri Tu-160 6,5 min kilometrdən çox mənzilli yeni X-BD qanadlı raketləri alıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram-da dərc olunmuş videoçarxında deyilir.

“Hər biri altı raketdən ibarət iki kaset, 6,5 min kilometrdən çox mənzilli X-BD raketini daşıyır", - deyə uzaqmənzilli aviasiya komandiri general-leytenant Sergey Kobylaş Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu və KXDR lideri Kim Çen Inın Primoryedəki Kneviçi aerodromuna səfəri zamanı bildirib.

Bundan əvvəl Şoyqu Kim Çen Ina Kinzhal hipersəs kompleksini göstərmişdi. Sentyabrın 15-də Kim Çen In Komsomolsk-na-Amura gəlib və burada Rusiya təyyarə zavodlarına baş çəkib.

Sentyabrın 5-də Rusiyanın müdafiə naziri bəyan edib ki, Rusiya Aerokosmik Qüvvələri (RAQ) 2023-cü ilin sonuna qədər dörd Tu-160M ​​strateji raket daşıyan bombardmançı təyyarə ala bilər.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN